Ərdoğan Kılıçdaroğluna qalib gəldi: 142 min təzminat

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Man adaları" iddiaları ilə bağlı Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğluna qarşı iddia qaldırdığı məhkəmə prosesində qalib gəlib.

Bu barədə Türkiyə mətbuatı yazıb.

Məhkəmə Kılıçdaroğlunun şikayətçilərə 142 min türk lirəsi məbləğində mənəvi təzminatı faizi ilə birlikdə ödəməsinə qərar verib.

Qeyd edək ki, CHP sədri Kamal Kılıçdaroğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və onun yaxınlarını Man adalarında yerləşən şirkətə külli miqdarda pul köçürməkdə ittiham etmişdi.

Axar.az 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR