MTX Yerevan merinin başçılıq etdiyi fondda axtarış aparıb

Ermənistanın Milli Təhlükəsizlik Xidməti Yerevan meriyasının tərkibində fəaliyyət göstərən "Yerevan" fondunda əməliyyat keçirib.

İki vətəndaş MTX-yə məktub yazaraq bildirib ki, meriyanın vəzifəli şəxsi yeni evlərin tikilməsi və sənədləşdirilməsi üçün onlardan fonda böyük məbləğdə pul köçürməyi tələb edib. Fondun sənədləri yoxlanan zaman isə məlum olub ki, vətəndaşlardan istənilən məbləğ fondun hesabına köçürülməyib, oğurlanıb.

Məsələ ilə bağlı  "vəzifədən sui-istifadə etmək" və "vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə ağır nəticələrə səbəb olma" maddəsilə cinayət işi başladılıb. Bildirilir ki, sözügedən məmurun günahı sübuta yetirilərsə, onu 6 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

"Qafqazinfo"

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR