Roma Papası dünya çempionatının iştirakçılarını salamladı

Roma Papası I Fransisk sabah Rusiyada start götürəcək futbol üzrə dünya çempionatının iştirakçılarına müraciət ünvanlayıb.

Roma Papası turnirdə iştirak edəcək idmançıları və çempionatın təşkilatçılarını salamlayıb və onlara uğurlar arzulayıb.

O, ümidvar olduğunu bildirib ki, bu yarış sülh və dialoqa yol açacaq:

"Qoy bu vacib idman tədbiri müxtəlif mədəniyyətlər və dinlər arasında dialoq və qardaşlığa səbəb olsun, xalqlar arasında həmrəylik və sülhə xidmət etsin".

Qeyd edək ki, 2018-ci il futbol üzrə dünya çempionatı iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərində keçiriləcək.

Dünya çempionatının açılış mərasimi iyunun 14-ü ilk matçdan yarım saat əvvəl Moskvanın "Lujniki" stadionunda başlayacaq. Turnirin ilk matçında isə Bakı vaxtı ilə saat 19:00-da ev sahibləri Rusiya ilə Səudiyyə Ərəbistanı qarşılaşacaq.

Trend

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR