Gürcüstanda hakim partiya hökumətdə dəyişikliyi müzakirə edib

Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının Siyasi Şurasının iclası keçirilib.

Üç saat sürən iclasda baş nazir Giorgi Kvirikaşvili, hakim partiyadan olan deputatlar, nazirlər və partiyanın sədri Bidzina İvanişvili iştirak edib.

İclas partiyanın ofisində baş tutub. İclas başlamazdan əvvəl partiyanın veteranları Kvirikaşvilinin kabinetinin müddətinin bitdiyinə işarə ediblər.

"Rustavi2" telekanalı bildirib ki, iclas gərgin atmosferdə keçib. Deputatların bir hissəsi nazirlərin istefasını tələb etsə də, bu, qarşı tərəfin kəskin reaksiyasına səbəb olub. Baş nazir G.Kvirikaşvili etirazlar fonunda tutduğu vəzifədən getməyəcəyini bildirib.

Toplantıdan sonra hakim partiyanın parlamentdəki fraksiyasının lideri Arçil Talakvadze deyib ki, hökumətdə dəyişikliyi müzakirə etməyiblər: "Biz UNİCEF-in araşdırmasını müzakirə etmək üçün toplaşmışdıq". Bununla belə, o, telekanalın həmin araşdırma ilə bağlı sualına da cavab verə bilməyib.

Eka Beseliya isə jurnalistlərə bildirib ki, partiyadaxili müzakirəni şərh etmək etikadan kənardır. Ancaq maliyyə naziri Mamuka Baxtadze toplantıda hökumətdə dəyişikliklər məsələsinin müzakirə olunduğunu təsdiqləyib.

Gürcüstanın ədliyyə naziri Tei Tsulukianinin tutduğu vəzifədən azad edilməsi haqqında qərar qəbul olunduğu vurğulanır. 

Report

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR