Paşinyan Sərkisyanın ən böyük düşmənini azad etdi

Ermənistanın Təsisçi Parlament hərəkatının həbsdəki lideri Jirayr Səfilyan azadlığa buraxılıb.

Bu barədə İrəvan Apellyasiya Məhkəməsi qərar qəbul edib. Məhkəmə həmçinin Səfilyanın tərəfdarları olan Gevork Səfəryan, Nerses Poqosyan, Sasunik Kirakosyan, Qrayr Topçuyan və Qalust Qriqoryana qarşı həbs qətimkan tədbirinin dəyişdirilməsiylə bağlı tələbi qəbul etdiyini açıqlayıb.

Qeyd edək ki, bundan öncə Baş nazir Nikol Paşinyanın partiyasının deputatı Alen Simonyan Səfilyanın azadlığa çıxması üçün zəmanətçi olacağını bildirmişdi.

Səfilyan Ermənistanda polis bölməsini ələ keçirən "Sasna Çrer" qrupuna rəhbərlik edib. Onun rəhbərlik etdiyi qrup bölmənin ələ keçirilməsi zamanı 2 nəfəri qətlə yetirib.

Axar.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR