ABŞ iqtisadiyyatından danışan De Niroya Tramp: Başından zərbələr alıb

ABŞ Prezidenti Donald Tramp Hollivud aktyoru Robert de Nironu ölkənin iqtisadi durumu ilə bağlı fikrinə görə sərt tənqid edib.

D.Tramp aktyorun kəllə travması aldığını hesab etdiyini deyib:

"Robert de Niro intellektual səviyyəsi aşağı olan bir adamdır. O, kino çəkilişləri zamanı başından çoxlu zərbələr alıb". Qeyd edək ki, ABŞ prezidenti bu fkirləri özünün "Twitter" səhifəsində yazıb.

D.Tramp əlavə edib ki, ABŞ iqtisadiyyatı bu gün heç vaxt olmadığı qədər güclüdür.

Xatırladaq ki, neçə gün əvvəl R.de Niro bir neçə gün əvvəl mükafatlandırma mərasimi zamanı D.Tramp barəsində təhqiramiz ifadələr işlətmişdi.

Trend

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR