Kaliforniyanın 3 ştata bölünməsi ilə bağlı referendum keçiriləcək

Bu ilin noyabrın 6-da ABŞ-ın Kaliforniya ştatının 3 ayrı ştata bölünməsi ilə bağlı referendum keçiriləcək.

"Report" "Fox News" televiziyasına istinadən xəbər verir ki, bunu ştatın katibi Aleks Padilla bildirib.

Qeyd edək ki, bu layihənin müəllifi biznesmen Tim Dreyperdir. O, Kaliforniyanın mərkəzi, cənubi və şimali ştatlara bölünməsini təklif edib. Yeni yaranacaq ştatlara adları sakinlər verəcək. Layihə ABŞ Konqresində qəbul etməlidir.

T.Dreyper 2014 və 2016-cı illərdə də bu təəşəbbüslə çıxış etmişdi. Ancaq onda yetərincə dəstək qazanmamışdı.

Xatırladaq ki, ABŞ 50 ştatdan, bir federal ərazidən, 5 böyük özünüidarə edən ərazidən və müxtəlif mülklərdən ibarət federativ respublikadır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR