Qriqoryan Ermənistan Təhlükəsizlik Şurasının katibi təyin edildi

Politoloq və publisist Armen Qriqoryan Ermənistan Təhlükəsizlik Şurasının katibi təyin edilib.

O, bu haqda "Tert.am" portalına bildirib.

"Bəli, Təhlükəsizlik Şurasının katibi təyin edilmişəm", - o, müsahibədə deyib.

Ermənistan prezidentinin fərmanı hələ dərc edilməyib.

Qeyd edək ki, Qriqoryan Dağlıq Qarabağdakı separatçı rejimin keçmiş "müdafiə naziri", Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin indiki müavini Movses Akopyanın bacısı oğludur.

Publika.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR