İslandiyada "Eurovision 2019" mahnı müsabiqəsinə qarşı kampaniya başlayıb

İslandiyada "Eurovision 2019" mahnı müsabiqəsinə qarşı kampaniya başlayıb. 

18 mindən çox ölkə vətəndaşı Qəzza zolağında İsrail hərbçiləri ilə toqquşmalarda xeyli sayda fələstinlinin həlak olmasına və yaralanmasına etiraz olaraq elektron ərizə imzalayıblar.

Onlar İslandiyanın milli kanalı olan RUV TV-dən yarışmaya qatılmaqdan imtina etməsini istəyiblər: "Fələstinlilərin hüquqları pozularkən İslandiyanın belə bir qlamur müsabiqədə iştirak etməsi bağışlanmazdır".

RUV telekanalının direktoru Skarpedin Qudmundson isə İslandiyanın yarışmada iştirakdan imtina etməyəcəyini açıqlayıb.

Qeyd edək ki, "Eurovision 2018"in qalibi "Toy" mahnısı ilə İsrail təmsilçisi Netta Barzilai olub. 

Report.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR