Yerevan meriyasının qarşısında aksiya keçirilib - VİDEO

Ermənistan paytaxtı Yerevan meryasının binası qarşısında mer Taron Markaryanın tərəfdarları ilə əleyhdarları aksiya keçirib.

Paytaxtın bir qrup sakini merin və Ağsaqqallar Şurasının buraxılmasını tələb edir.

Taron Markaryanın şəhər adminstrasiyası binası qarşısına toplaşan tərəfdarları isə meri dəstəklədiklərini bildiriblər.

Qeyd edək ki, Ermənistanın baş prokuroru Artur Davtyanın istefasını tələb edən Yerevan sakinləri mayın 17-də şəhərin mərkəzində yerləşən Baş Prokurorluğun binasına girişi bağlayıblar.

Baş nazir Nikol Paşinyan isə ölkə vətəndaşlarına müraciət edərək, mayın 17-i saat 15.00-dan etibarən vətəndaş itaətsizliyini dayandırmağa çağırıb. 

Sputnik.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR