Alimlərdən yeni kəşf — Ən uzaq qalaktikada oksigen tapıldı

"MACS1149-JD1" qalaktikasında oksigen izlərinə rast gəlinib.

Sözügedən qalaktika Yerdən 13.28 milyard işıq ili uzaqdadır.

Kəşfi yapon alim Takuya Xasimotonun rəhbərlik etdiyi beynəlxalq astronomlar qrupu edib. Alimlər "ALMA"radioteleskopu və "Very Large Telescope" optik teleskopu ilə müşahidələr aparıblar.

Alimlər müəyyən ediblər ki, Yerdən ən uzaqda yerləşən qalaktika Böyük Partlayışdan 250 milyon il sonra yaranıb. Əvvəllər də bu qalaktika barədə məlumat olmayıb.

Xasimoto deyib:

"ALMA" vasitəsilə əldə etdiyimiz məlumatlar göstərdi ki, çox uzaq məsafədə oksigen var. Bu məni çox həyəcanlandırdı. Yeni kəşf Kainatın sərhədlərini daha da genişləndirir".

Qrupun digər üzvü Nikolas Laport isə qeyd edib ki, yeni kəşf ilk ulduz və qalaktikaların hansı olduğu barədə sualı cavablandırmağa kömək edəcək.

Olke.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR