Paşinyan geri çəkildi

Ermənistan baş naziri Nikol Paşinyan hesab edir ki, bütün məmurların "dərhal" istefa verməsini tələb etmək düzgün deyil. "Hamının dərhal istefaya göndərilməsini tələb etmək düzgün deyil, hesab edirəm ki, bu məsələyə mərhələli şəkildə yanaşmaq lazımdır"

Baş nazir bu məsələyə mərhələli şəkildə yanaşmalı olduqlarını bildirib.

"Hamının dərhal istefaya göndərilməsini tələb etmək düzgün deyil. Hesab edirəm ki, bu məsələyə mərhələli şəkildə yanaşmaq lazımdır", - deyə Paşinyan Yerevan meri və ölkənin Baş Prokurorunun istefaya göndərilməsi tələblərinə münasibət bildirərkən qeyd edib.

2016-ci ildə post-patrul xidmətinin binasını ələ keçirən silahlı qruplaşmanın tərəfdarlarının aksiyasından danışan Paşinyan bildirib ki, bu aksiyaların kimə qarşı yönəldiyini anlamaq lazımdır: "Mən açıq şəkildə məsələ ilə bağlı ictimai həmrəyliyin vacibliyini vurğulamışam. Düşünürəm ki, mənim istənilən həbsxanaya daxil olaraq qapıları aça bilməyimlə bağlı yanaşma yanlışdır. Prosedurlar mövcuddur".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR