Knessetin 50 üzvü Türkiyəyə qarşı BİRLƏŞDİ

İsrail parlamentinin (Knesset) ən azı 50 üzvü qondarma "erməni soyqırımı"nın tanınması haqqında qanun layihəsini dəstəkləməyə hazırdır.

Qanun layihəsini həm hökumət koalisiyasının nümayəndələri, həm də "Likud", "Sionist düşərgəsi", "Meres" və "Yəhudi evi" kimi müxalifət partiyaları dəstəkləyirlər. Qanun layihəsi ermənilərin 1915-ci il hadisələri ilə bağlı Türkiyəyə qarşı iddialarını rəsmən tanımağa və hər il onu xüsusi gündə qeyd etməyə çağırır.

"Jewish Press" nəşri qeyd edib ki, qanun layihəsinə baş nazir Benyamin Netanyahu necə reaksiya verəcəyi hələ məlum deyil.

Təşəbbüsün müəllifi "Sionist düşərgə"dən olan deputat İtzik Şmuli və "Likud"un deputatı Amir Ohanadır.

Xatırladaq ki, mayın 14-də ABŞ-ın Təl-Əvivdəki səfirliyi Qüdsə köçürüb. Buna etiraz edən fələstinlilərə İsrail hərbçilərinin açdığı atəş nəticəsində 61 nəfər ölüb, 3000-dən çox insan yaralanıb. Bu, İsrail və Türkiyə arasında gərginliyə səbəb olub. İsrailin Ankaradakı səfiri Eiatan Neah mayın 15-də Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. İsrailli diplomata Qəzza-İsrail sərhədindəki hadisələr səbəbiylə etiraz edilib və onun bir müddət ölkəsinə dönməsinin uyğun olacağı bildirilib.

Həmin gün Türkiyənin Qüdsdəki baş konsulu Gürcan Türkoğlu İsrailin Xarici İşlər Nazirliyinə çağırılıb və məsləhətləşmələr üçün bir müddət Türkiyəyə dönməsi istənilib.

Mayın 16-da Türkiyənin Xarici İşlər Nazirliyi İsrailin İstanbuldakı baş konsulu Yozef Levi Sfaridən bir müddət öz ölkəsinə dönməsini istəyib. Həmin gün İsrail Türkiyədən kənd təsərrüfatı məhsullarının idxalatını dayandırıb.

Publika.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR