Emmanuel Makron: "İranla sazişə əlavələr edilməlidir"

"İranın nüvə proqramı ilə bağlı sazişə əlavələr edilməlidir. Bura raket problemlərinin və İranın regiondakı rolu məsələlərinin həlli daxildir".

Bunu Fransa Prezidenti Emmanuel Makron Sofiyada Avropa İttifaqı (Aİ) - Qərbi Balkan sammitinə gəlişi zamanı deyib.

Onun sözlərinə görə, Aİ sammitinin iştirakçıları İran ilə nüvə sazişini dəstəkləməyə qərar veriblər.

"İranla bağlı çox sıx müzakirələr apardıq. 2015-ci ilin nüvə sazişi regionda sülh və təhlükəsizliyin mühüm elementidir və ABŞ-ın qərarından asılı olmayaraq, onu dəstəkləməyi qərarı aldıq. Şirkətlərimizə İranda qalmağa imkan verəcək siyasi tədbirlər görəcəyimizə dair söz verdik", - E.Makron bildirib.

Report.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR