Ermənistan Baş Prokurorluğuna girişi bağlayan etirazçılar baş prokurorun istefasını tələb edirlər

Ermənistanın baş prokuroru Artur Davtyanın istefasını tələb edən Yerevan sakinləri bu gün şəhərin mərkəzində yerləşən Baş Prokurorluğun binasına girişi bağlayıblar.

10-15 nəfərlik bir qrup qurum işçilərinin binaya daxil olmasına icazə vermir.

A.Davtyanın istefası tələbinin irəli sürülməsinin səbəblərindən biri onun baş nazir Nikol Paşinyanın ölkədə siyasi məhbusların olması ilə bağlı fikri ilə razılaşmamasıdır.

Amma baş nazirin özü bu gün hökumətin iclasında hələlik A.Davtyanın baş prokuror vəzifəsindən istefaya göndərilməsini tələb etməyə ehtiyac görmədiyini söyləyib.

Report.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR