İranda etiraz aksiyası keçirilib, 1 nəfər ölüb, 6 nəfər yaralanıb

İranın Fars əyalətində keçirilən etiraz aksiyasında bir nəfər ölüb, 6 nəfər yaralanıb.

Hadisə mayın 17-də gecə saatlarında baş verib.

Məlumata görə, hökumət əyalətin Kazerun şəhərini iki yerə bölüb. Şəhər sakinləri isə hökumətin bu qərarı ilə razılaşmayıblar və küçələrə çıxaeaq aksiya keçiriblər. 

Bu zaman polislə etirazçılar arasında qarşıdurma yaranıb. Nəticədə bir aksiya iştirakçısı ölüb, 6-sı yaralanıb.

Dövlət rəsmiləri hadisəyə hələki münasibət bildirməyiblər. 

"Report" "Haber7"yə istinadən xəbər verir

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR