ABŞ-ın Yaxın Şərq planına qarşı SON FÜRSƏT- İslam dünyası Orta Şərqə benzin tökəcək

Suriyanın Qüds şəhərinə qarşı yeni işğal planı və Fələstin xalqına ağır hücumlara qarşı İsrailin səfirini ölkəsindən qovan Türkiyə hökuməti İslam Əməkdaşlıq Təşkilatı (İƏT) üzvlərini sabah İstanbulda bir araya gətirəcək.

Bu toplantı ABŞ və İsrailin Şərq coğrafiyasını hədəf alan separatçı planına qarşı son fürsət kimi dəyərləndirilir.

Türkiyənin başçılıq etdiyi zirvədə dünyəvi işğalçılara qarşı qınama mesajlarından da çox güclü sanksiyalar tətbiq etməyə imza atılması gözlənilir.

İslam dünyası martın 30-dan etibarən öldürülən 100-ə yaxın fələstinlinin soyqırımına qarşı artıq açıqlama deyil, iş icra etməyi gözləyir. Qurulmasının səbəbi Məscidi-Aksa və Qüdsü qorumaq olan bu təşkilat soyqırımları qınamaqla kifayətlənəcəksə, Orta Şərqə yenidən benzin tökmüş olacaq.

Zirvədə ABŞ-ın səfirliyini Təl-Əvivdən Qüdsə köçürmək qərarının müzakirəsindən sonra ötən il dekabrın 13-də keçirilən toplantıda alınan qərarlar və bu günə qədər tətbiq edilən diplomatik işlərin nəticələri də masaya qoyulacaq. Bundan başqa zirvəyə Avropadan aidiyyəti qurumlar, insan haqları və sülhün bərpası üçün fəaliyyət göstərən beynəlxalq qurumlara müəyyən vəzifələr veriləcək.

Bundan başqa, İƏT sabah öz gələcəyini də təyin etmiş olacaq. Əgər İslam ölkələri bu toplantıda birlik və bərabərlik göstərməsə, artıq təşkilatın varlığına və fəaliyyətinə şübhə yaratmış olacaq. Publika.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR