Təyyarədə hadisə — 10 min metr yüksəklikdə pilot pəncərəsi partladı

Çindən Tibetə getmək üçün havaya qalxan bir təyyarədə qəza baş verib.

Təyyarə 10 min metr yüksəklikdə olarkən pilot pəncərəsi partlayıb. Pilot pəncərədən çölə düşüb. Amma təhlükəsizlik kəməri onun həyatını xilas edib.

Hadisə uçuşun 30-cu dəqiqəsində baş verib. Pilot yarıya qədər pəncərədən çölə çıxıb. "Airbus A319" tipli təyyarənin pilotu təhlükəsizlik kəməri sayəsində təyyarədən yıxılmaqdan qurtulub.

119 sərnişini olan təyyarə sağ-salamat Çenqdu şəhərinə enib.

Olke.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR