“Türk Hava Yolları” aprel ayında 6,4 milyon sərnişin daşıyıb

"Türk Hava Yolları" aviaşirkəti 2017-ci ili uğurla başa vuraraq cari ildə də öz uğurlarını davam etdirir. Milli aviadaşıyıcı həm ilin birinci rübündə, həm də aprel ayında yüksək nəticələr nümayiş etdirib.

"OLAYLAR" xəbər verir ki, bu ilin birinci rübündə daşınan sərnişinlər sayının ikirəqəmli artımı aprel ayında da davam edib. Bu göstərici 15% artaraq 6,4 milyona çatıb. Sərnişin axının artması nəticəsində aprel ayı üzrə yüklənmə səviyyəsi qlobal aviadaşıyıcının tarixində rekorda çatıb - 83,2%.

Apreldə reyslərin yüklənmə səviyyəsi 4,1 faiz bəndi, kreslo-kilometrlərin sayı isə 6,1% artıb. Beynəlxalq aviareyslərdə yüklənmə səviyyəsi 4,2 faiz bəndi artaraq 82,6% təşkil edib, daxili aviareyslərdə isə yüklənmə səviyyəsi 87,1%-dək artıb.

Ötən il iyulda başlayan tələbatın ikirəqəmli artımı aprel ayında 12%-lik artım ilə davam edib.

Hesabat ayında beynəlxalq aviareyslər üzrə sərnişindaşıma 30% artıb (tranzit sərnişinlər istisna olmaqla). Bu, Türkiyəyə artan marağın mühüm göstəricisi olub.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR