Roma Papası Yaxın Şərqdəki vəziyyətlə bağlı: "Zorakılıq heç vaxt sülh gətirmir"

Roma Papası I Fransisk Fələstin və İsrail arasında gərginliklə bağlı narahatlığını bildirib.

Vatikanda keçirilən mərasim zamanı çıxış edən Roma Papası tərəfləri sülh və əmin-amanlıq naminə dialoqa çağırıb.

I Fransisk bildirib ki, zorakılıq nəticəsində həlak olanlar və onların yaxınları üçün dualarını davam etdirir:

"Zorakılıq heç vaxt sülhə gətirib çıxarmır. Müharibə müharibəni, zorakılıq zorakılığı cəlb edib. Mən bütün tərəfləri öz öhdəliklərini yerinə yetirməyə çağırıram ki, ədalət və sülh qələbə çalsın".

Trend.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR