İrəvanda nümayişçilər şəhər administrasiyasının binasına zorla girdilər

İrəvan meri Taron Marqaryanın istefasını tələb edən nümayişçilər şəhər administrasiyasının binasına zorla giriblər.

Bu haqda "RİA-Novosti" agentliyinin hadisə yerində olan müxbiri bildirib.

Aksiya iştirakçıları merin kabinetinə keçməyə çalışırlar. Polislər və meriyanın əməkdaşları onların qarşısını kəsiblər.

Qeyd edək ki, mer sabiq baş nazir Andranik Marqaryanın oğlu və Nikol Paşinyanın baş nazir seçilməsindən sonra müxalifətə keçən Respublika Partiyasının üzvüdür. Marqaryan 2011-ci ildən bu postu tutur.

İrəvan merinin istefası tələbi ilə etiraz aksiyası ötən həftə başlayıb.

Publika.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR