“NATO-ya tamhüquqlu üzvlük Gürcüstanın əsas məqsədidir”

"NATO-nun tamhüquqlu üzvü olmaq Gürcüstanın əsas məqsədidir".
 

Bunu Gürcüstanın müdafiə naziri Levan İzoriya Tbilisidə keçirilən V Cənubi Qafqaz Təhlükəsizlik Forumunda çıxışında deyib.

Nazir bildirib ki, Gürcüstan NATO-ya inteqrasiya istiqamətində əhəmiyyətli irəliləyişə nail olub: "Gürcüstan NATO-nun etibarlı tərəfdaşı olduğunu sübut edib. Biz Türkiyənin Gürcüstanın NATO-ya üzvlüyü ilə bağlı böyük dəstəyini görürük. Buna görə Türkiyəyə təşəkkür edirik".

L. İzoriya qeyd edib ki, Gürcüstan əhalisinin böyük əksəriyyəti ölkəninNATO-ya üzvlüyünün tərəfdarıdır: "Gürcüstanda bunun əleyhinə olan və Rusiya meylli toplum da var, lakin onların sayı azdır".

Apa.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR