Astanada post-modern məscid açılıb

Qazaxıstanın paytaxtı Astanada post-modern üslubda inşa olunmuş "Tanrının çiçəyi" adlı məscidin açılışı olub.

Binanın eksteryeri bir növ çiçək və cilalanmış almazı xatırladır. Minarə isə qamışdan olan qələm formasındadır.

Memar Saqındık Cambulatovun dediyinə görə, məscid ənənəvi ornamentlər və yeni qazax dekorativ elementlərindən istifadə olunmaqla post-modern üslubda layihələndirilib.

Məscidin sahəsi 2248 kv.metr təşkil edir, minarənin hündürlüyü 43,5 metrdir.

Oxu.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR