Fransızlar Qurani-Kərimə dəyişiklik etmək istəyir - "Bu ayələr çıxarılsın"

300 fransız yazıçı və siyasətçinin Qurani-Kərimdən bəzi ayələrin çıxarılması tələbinə qarşı Türkiyə kəskin mövqe sərgiləyib.

Türkiyənin Avropa İttifaqındakı təmsilçisi Ömər Çelik bəşəriyyətin müqəddəs kitabı Qurani-Kərimə qarşı bu cür iddialar irəli sürən fransızların İŞİD terrorçularından bir fərqinin olmadığını dilə gətirib.

"300 fransız yazıçı və siyasətçi bununla yəhudi düşmənçiliyini təbliğ edir. "Quran"dan bəzi ayələrin çıxarılmasını istəmək nə deməkdir? Bu intellektual zorakılığın və barbarlığın ən parlaq nümunəsidir. Bu adamlar bu günə qədər kim olublar olsunlar, fanatizm tarixinin ilk sıralarına adlarını yazdıracaqlar"- deyə Ömər Çelik əlavə edib.

Onun sözlərinə görə, Avropanın mərkəzində bu cür təfəkkürlü insanların yetişdirilməsi ən az İŞİD terror qruplaşması qədər cəmiyyətə təhlükə yarada bilər.

Publika.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR