“Ermənistandakı proseslər mövqeyimizə təsir edə bilməz"

"Azərbaycan regionun lider dövləti kimi Ermənistanda baş verən prosesləri izləyir və təbii ki, bu bizləri maraqlandırmalıdır. Amma kritik dərəcədə yox. Çünki Azərbaycan öz müstəqil daxili və xarici eləcə də Dağlıq Qarabağla olan siyasətini irəli sürür". Bunu beynəlxalq ekspert Tamerlan Vahabov deyib.

"Biz öz döyüş qabiliyyətimizi, potensialımızı gücləndiririk və sülh danışıqlarını konstruktiv şəkildə davam etdiririk. Biz Ermənistanı da bu konstruktivliyə çağırırıq. Amma təəssüflər olsun ki, bu çağırışlar cavabsız qalıb. Yeganə ümidimiz odur ki, Ermənistanda yeni hakimiyyətdə kim olursa-olsun bu çağırışlara qulaq asacaq. Mən Azərbaycanın mövqeyini belə xarakterizə edərdim. Ermənistandakı proseslər heç cür Azərbaycanın mövqeyinə təsir edə bilməz. Buna cənab İlham Əliyevin qətiyyətli siyasi iradəsi var"- deyə, Tamerlan Vahabov bildirib.

O qeyd edib ki, xarici dövlətlərin böyük əksəriyyəti Azərbaycanın leqitim, qanuni mövqeyini dəstəkləyir: "Təbii ki, bu Qarabağ məsələsində də özünü büruzə verir. Amma təbii ki, həmin o dövlətlərin diasporu, lobbiləri tərəfindən Azərbaycanı sevməyən qüvvələr də vardır. Hansı ki, onlar əlbir olub və yaxud da ayrı-ayrılıqda ölkəmizin maraqlarına zidd hərəkətlər edirlər. Amma Azərbaycan müstəqil və bərabərhüquqlu daxili və xarici siyasəti bu müstəvidə də özünü göstərir. Ona görə də Ermənistan bu mövqedə, müharibədə bizə uduzur". Sia.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR