Çipsilərdən asılılığın səbəbi müəyyən edildi - DƏHŞƏT...

Çipsilər və  narkotiklər beyində eyni reaksiyaya səbəb olur. Moderator.az Rusiya mediasına istinadla xəbər verir ki, belə bir nəticəyə Erlangen-Nürnberq Universitetinin tədqiqatçıları gəlib. Laboratoriya gəmiriciləri üzərində aparılmış  təcrübələrdən sonra Almaniyadan olan tədqiqatçılar müəyyən edib ki,  çipsilərin əvəzedicisini yeyən siçanlar yüksək yağ tərkibli məhsullara daha çox maraq göstərirlər.

"İnsanların çipsilərə və eyni miqdarda karbohidrat və yağlara malik olan məhsullara  reaksiyası eyni cürdür"-deyə tədqiqat müəllifləri qeyd ediblər. Elmi ictimaiyyət üzvlərinin fikrincə, çipsilər narkotik maddələr kimi insan beynindəki ləzzət zonasını  aktivləşdirir. Bu baxımdan bəzi insanların çipsilərdən asılılığını aradan qaldırmaq mümkün deyil.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR