Yerevanda aksiya iştirakçıları bir sıra hökumət binasını mühasirəyə alıblar

Etiraz aksiyası iştirakçıları Yerevanda bir sıra hökumət binasını mühasirəyə almağa başlayıb.  Mitinq iştirakçıları Baş Prokurorluq, XİN, Ermənistan Diaspora Nazirliyini və Dövlət Gəlirləri Komitəsini əhatəyə alıblar. Dövlət müəssisələrinin qapılarının bağlı olduğu bildirilir. Etirazçılar hökumət binalarının qaşısında oturaq aksiyaya başlayıblar.

Qeyd edək ki, bir qədər öncə Ermənistan Milli Məclisinin deputatı Nikol Paşinyan ölkədə "xalq məxməri inqilabı"nın başlandığını elan edib. Bu barədə report erməni KİV-lərinə istinadən xəbər verir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR