3 dəfə hərraca çıxarılan məşhur "Ford Boyard" qalası 

Ford Boyard Atlantik okeanında, Fransanın Antioş boğazında, İl-d-Eks və Oleron adaları arasında yerləşir.  Ford Boyard qalasının  inşasına 1801-ci ildə başlanılmış, 1857-ci ildə başa çatdırılmışdır. Adada tikilmiş bu qalanın inşası hələ uzaq keçmişdə, 1666-cı ildə nəzərdə tutulmuşdur. Hələ o zamanlar da qalanın inşası hərbi məqsədlər üçün, hərbi mövqe üçün nəzərdə tutulurdu. Qalanın tikilməsi, yadellilərin dəniz hücumlarının qarşısını almaq məqsədi daşıyırdı. 

1801-ci ildə qalanın tikintisinə başlayarkən, ustalar problemlərlə üzləşiblər. Beləki özül üçün dənizin dibinə qoyulmuş iri daş bloklar, az bir müddət sonra ağırlığından dənizin dibinə batırdı. Bu səbəbdən qalanın inşası 1809-cu ildən dayandırılır. Sonradan 1837-ci ildən Flippinin hakimiyyəti dövründə bu qalanın yenidən tikintisinə başlanmışdır. Bu Fransa ilə İngiltərə arasında, münasibətlərin yenidən kəskinləşdiyi dövrə təsadüf edirdi. 1913-cü ildə Ford Bayardın hərbi qala kimi istifadəsi dayandırılır. İkinci Dünya müharibəsi zamanı almanlar Ford Bayarddan atıcılıq yeri kimi istifadə etmiş, bu isə qalada böyük dağıntılara səbəb olmuşdur. Sonrakı 20 il ərzində isə  Ford Boyard tam nəzarətsiz qalmış və dağılmaq təhlükəsi ilə üzləşmişdir. 1962-ci ildə Ford Boyord 7500 frank dəyərində qiymətləndirilərək hərraca çıxarılmış və Erik Ed qalanı 28000 frank ödəyərək özəlləşdirmişdir. Lakin qalanı bərpa etmək üçün vəsaiti az olduğundan Erik Ed, Ford Boyardı yenidən hərraca çıxartmaq məcburiyyətində qalır. 1972-ci ildə Boyard 1.2 milyon frank dəyərində hərraca çıxardılır. Lakin qiyməti çox baha olduğundan heç kim qalanı almır. Sonralar 1980-ci ildən başlayaraq kinostudiolar məcaralı verilişlər və filmlər çəkmək məqsədi ilə Ford Boyarda maraq göstərməyə başlayırlar. Bu zaman Fransanın ticarət palatası, qalanın təmiri və bərpasını öz öhdəsinə götürür. Lakin sonradan götürdüyü məsuliyyətdən imtina edir. 1989-cu ildə Erik Ed qalanı yenidən hərraca çıxardır və qalanı 1.5 milyon franka məşhur teleprodüsser Cek Antuana satır. Antuan özünün yeni teleproqramı üçün bu qalanı alır. 

Məşhur "Ford Boyard" Verilişi məhs həmin vaxtdan Cek Antuan tərəfindən çəkilməyə başlayır. 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR