İrəvanda etirazçıların lideri "məxməri inqilab"ın başlandığını elan edib

İrəvanda keçirilən mitinqin lideri, parlamentin üzvü Nikol Paşinyan "məxməri inqilab"ın başlandığını elan edib.Məlumata görə, bu barədə o, paytaxtın Fransa meydanında çıxışı zamanı deyib. "Mən burada demokratik, zorakı olmayan "məxməri inqilab"ın başlandığını elan edirəm", - deyə müxalifətçi bildirib. Serj Sarkisyanın baş nazir postuna namizədliyinə etiraz edən nümayişçilər bu gün İrəvanda müxtəlif dövlət idarələrinə girişi bağlayırlar. Hazırda nümayişçilər XİN, Baş Prokurorluq, Dövlət Gəlirləri Komitəsinin girişində toplaşıblar.

Qeyd edək ki, bu gün parlamentdə Serj Sarkisyanın baş nazir postuna namizədliyinin təsdiqlənməsi ilə bağlı xüsusi iclas keçirilir.   Apa.az "aysor.am" saytına istinadən xəbər verir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR