Rusiyada terror planlaşdıran İŞİD-çilərə qarşı əməliyyat keçirilib, dəstə başçısı özünü partladıb

Rusiyada terror planlaşdıran İŞİD-çilərə qarşı xüsusi əməliyyat keçirilib. Məlumata görə, bu barədə Federal Təhlükəsizlik Xidmətindən xəbər verilib. Dəstə üzvləri silah və əldə düzəlmə partlayıcı vasitələrlə ölkənin cənubunda hücumlar etməyi planlaşdırıblar. Dəstə başçısı Rostovda keçirilən xüsusi əməliyyat zamanı müqavimət göstərib və əlində olan partlayıcı qurğunu işə salıb. Nəticədə terrorçu ölümcül xəsarət alıb. Dəstənin digər 3 üzvü saxlanılıb. Əməliyyat axtarış tədbirləri davam edir. Apa.az "RİA Novosti"yə istinadən xəbər verir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR