“Sarkisyan zorla baş nazir olmaq istəyir” – Deputat

"Serj Sarkisyanın baş nazir təyin edilməsinə qarşı mitinqlərin keçirilməsi və qan tökülməsinin böyük mənası var. Bu mitinqlər göstərir ki, S.Sarkisyan prezident olaraq, indiyədək Ermənistanı zorla idarə edib və indi də zorla baş nazir olmaq istəyir".

Bu fikirləri millət vəkili Musa Qasımlı İrəvanda etirazçıların mərkəzi küçələri bağlaması və Serj Sarkisyanın baş nazir təyin olunmasına etiraz məqsədilə keçirilən mitinqlər barədə fikirlərini Azadinform-la bölüşərkən deyib.

Millət vəkili qeyd edib ki, o, prezident kimi uğurlu olsaydı, əhali mitinqlərə qatılmazdı: "Mitinqlər göstərdi ki, o, ötən müddət ərzində hakimiyyətə zorakılıqla yiyələnib. Bu mitinqlər həm də onu göstərdi ki, Ermənistanda ağır böhran var. Bu böhran ölkə həyatının bütün sahələrini əhatə edir. Erməni cəmiyyəti böhran içində çalxalanıb və onlar cəbhələrə bölünüb".

Millət vəkilinin fikrincə, qarşıdurma daha da dərinləşəcək: "Qarşıdakı aylarda yenə də qanlar axıdılmasını görəcəyik".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR