Nikol Paşinyan polisin bildiriş kağızını cırıb atdı – VİDEO 

Ermənistanda "Mənim addımım" hərəkatının təşkil etdiyi mitinqlər davam etməkdədir.  İrəvanda toplaşan etirazçılar yenidən mərkəzi prospektləri bağlamağa başlayıb. İrəvanın Baş Polis İdarəsinin rəis müavini Valeri Osipyan hərəkatın lideri Nikol Paşinyana etirazların dayandırılması barədə bildiriş təqdim edib. O isə bildirişi cıraraq havaya atıb. 

Qeyd edək ki, nümayişçilərin etirazı Serj Sarkisyanın baş nazir postuna namizədliyini irəli sürməsidir. Mitinq iştirakçıları parlament idarəçiliyi sistemində Serj Sarkisyanın baş nazir olmasını istəmir. Azadinform.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR