Rusiya Qərbə cavab zərbəsi hazırlayır – Hücum əməliyyatı

Rusiya Qərbin Suriyaya zərbə endirməsindən sonra cavab həmləsi olaraq kiber hücuma hazırlaşır. ABŞ və Britaniyada bir sıra rəsmi şəxslər Rusiyanın kiber hücuma hazırlaşdığını, dövlət qurumları, hətta fərdi evlərə qədər bir çox kritik nöqtəyə hücum təşkil olunacağını açıqlayıb.

Rus hakerlərin bütün dünyada milyonlarla kompüterə giriş əldə etməyi planlaşdırdığı, ruter (yönləndirici), açar və təhlükəsizlik sədlərini aşaraq sistemləri müdafiəsiz qoymağa çalışdığı bildirilir. Rusiyanın sadəcə sistemləri iflic etmək üçün deyil, eyni zamanda yaxın gələcəkdə təşkil olunacaq hücumlar üçün kompüterləri "zombi"yə çevirdiyi və həmin hücum zamanı bu kompüterlərdən də istifadə edəcəyi qeyd olunur.

Xatırladaq ki, Rusiyanın kiberhücuma hazırlaşdığı barədə ardıcıl xəbərlər yayılır. Axar.az 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR