Türkiyənin müttəfiqinə xain zərbə - Ailələrini qaçırdırlar

Afrində keçirilən "Zeytun budağı" əməliyyatı ilə məğlubiyyətə uğradılan PKK/YPG qüvvələri son çarə olaraq ASO üzvlərinin kəndlərinə hücum edib. PKK terrorçuları Deyr əz-Zor, Rakka, Hasekə, Menbiç və Tel-Abyad bölgələrində məskunlaşan ASO üzvlərinin ailələrini qaçıraraq, onları ailələrini buraxmaq qarşılığında Afrini tərk etməyə məcbur edirlər. Bir çox yerlərdə demək olar ki, ASO üzvlərinin kəndlərində bütün evlərə basqın edən terrorçular insanları qaçıraraq onlara işgəncə verir. Bəzi ASO üzvlərinin yaxınlarının hətta işgəncə zamanı dünyasını dəyişdiyi qeyd olunur.

PKK/YPG-nin xain əməllərinə Bəşər Əsəd rejiminin nəinki göz yumduğu, hətta dəstək verdiyi bildirilir. Axar.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR