Güclü yağış 9 nəfərin ölümünə səbəb oldu

Tanzaniyanın paytaxtı Dar əs Salamda leysan yağışlarının səbəb olduğu daşqınlar nəticəsində azı 9 nəfər ölüb.

Ölənlərin arasında qadın və uşaqların da olduğu bildirilir.

Təbii fəlakət qurbanlarının sayının artacağı istisna olunmur.

Məlumata görə, regionda bir çox yaşayış evləri yararsız hala düşüb, nəqliyyat vasitələri və infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Publika.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR