XİN-də kütləvi işdən qovulma - Nazir açıqladı

Türkiyədə hərbi çevrilişə cəhddən sonra FETÖ terror təşkilatı ilə mübarizə çərçivəsində Xarici İşlər Nazirliyinin (XİN) 461 əməkdaşı vəzifəsindən azad edilib.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib.

Nazir bildirib ki, işdən kənarlaşdırılanların sayı Türkiyə XİN-in əməkdaşlarının təqribən 20 faizini təşkil edir.

Vəzifəsindən azad edilənlər arasında konsulluqların işçiləri və Türkiyə xarici siyasət idarəsinin müşavirləri də var.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR