Almaniyada “qanlı yağışlar” yağacaq

Sinoptiklər proqnoz verib ki, Almaniyaya "qanlı yağışlar" yağacaq. Bu haqda "The Local" nəşri xəbər verir. Qırmızı rəngli yağıntı Almaniyanın qərbinə və Hamburq şəhərinə yağa bilər.

Qeyri-adi yağışın səbəbi Saxara səhrası qumunun hava yolları ilə Avropaya yayılmasıdır. Belə yağışın altına düşmüş bina və avtomobillərin üzərində yağış quruyandan sonra qırmızı rəngli toz qatı əmələ gəlir. "Qanlı yağışlar" Almaniyada tez-tez rast gəlinən hadisə deyil. Sonuncu belə hadisə 2016-cı ilin aprelində baş verib. Amma bu dəfə Almaniyanın Kassel və Qettingen şəhərlərində bu yağışın yağma ehtimalı 90 faizdir. Belə yağış damcıları həqiqi qandan gözlə görünən səviyyədə fərqlənir. Bir qayda olaraq onlar toz əsasında rəng əldə edirlər və narincıdan qırmızıya, qəhvəyiyə qədər bir neçə tonda olurlar. Qırmızı yağışla yanaşı, qara, ağ, yaşıl və sarı rəngli yağışlar da mövcuddur.

2017-ci ildə xəbər verildi ki, Meksikanın Tampiko şəhərində göydən balıq yağışı yağıb. Fenomen videoya çəkilib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR