Kremldən Makrona cavab: Türkiyə ilə ayrılmadıq

Suriyaya edilən hücum Türkiyə ilə Rusiyanı ayırmadı. Bu sözləri Kreml sözçüsü Dmitri Peskov deyib. "Moskva ilə Ankaranın bir sıra məsələlərdə fikir ayrılıqları yaşadıqları heç kimə sirr deyil. Ancaq bu vəziyyət fikir mübadiləsi aparmaq və mövqelərimizdəki fərqlilikləri müzakirə etməyə əngəl törətmir", - Peskov bildirib.

Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron Suriya əməliyyatı ilə Türkiyə və Rusiyanı ayırmağa nail olduqlarını açıqlamışdı. Türkiyə, Rusiyadan fərqli olaraq, ABŞ və müttəfiqlərinin Suriyaya zərbə endirməsini dəstəkləmişdi. Axar.az 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR