Tramp dəliyə döndü: Ən çox diplomat qovan bizik?

ABŞ-ın 60 rus diplomatı qovması qarşılığında Fransa və Almaniyanın hərəyə 4 diplomatı ölkədən xaric etdiyini öyrənən ABŞ Prezidenti Donald Tramp şiddətli şəkildə qəzəblənib. Bu barədə "Vaşinqton Post" yazıb. Nəşrin iddiasına görə, Trampın köməkçiləri hələ martın 24-də ona ABŞ-ın Avropa Birliyindəki müttəfiqlərinin göndərəcəyi rus diplomatlarının sayı qədər diplomatı ölkədən xaric etməsini nəzərdə tutan fəaliyyət planını təqdim ediblər. Fəaliyyət planında göstərilən rəqəm AB üçün ümumi göstərici kimi təqdim edilsə də, Tramp bu rəqəmin hər bir ölkə üçün ayrı-ayrılıqda göstərildiyini zənn edib. Həqiqəti öyrəndikdə isə Tramp bundan bərk qəzəblənib.

Yüksəkçinli məmurların dediklərinə görə, qəzəblənən Tramp köməkçilərininə qarşı qeyri-etik ifadələr səsləndirməyə və qışqırmağa başlayıb: "Məni ümumi say maraqlandırmır. Belə çıxır ki, Rusiyaya qarşı ən sərt münasibəti mənim administrasiyam göstərib?"

Xatırladaq ki, martın sonlarında ABŞ 60, Kanada 4, Fransa 4, Polşa 4, Ukrayna 13, Estoniya 1 (hərbi attaşe), Litva 3 diplomat, 2 hərbi attaşe, Danimarka 2, Latviya1 diplomat və "Aeroflot"un 1 əməkdaşı, İtaliya 2, Niderland 2, Almaniya 4, Çexiya 4, Finlandiya 1, Rumıniya 1, Xorvatiya 1, İsveç 1, Norveç 1, Albaniya 2, İspaniya 2, Macarıstan 1, Böyük Britaniya 23, Makedoniya 1, Avstraliya 2 rus diplomatın qovulması ilə bağlı qərar qəbul edib. Axar.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR