​Türkiyə və ABŞ addım-addım... - Bu fotolar qiyamət XƏBƏRÇİSİDİR

ABŞ qoşunları və PKK terrorçularının Münbiçdəki Sacu çayı ətrafında türk əsgərlərini izlədiyi anları sosial mediaya düşüb. Görüntülərdə amerikalıların türk əsgərləri və Azad Suriya Ordusunun nəzarət etdiyi Cerablus istiqamətində baxdığı görünür.

Türkiyənin Fərat çayının qərbini terrorçulardan təmizləməsinə mane olmaq istəyən ABŞ həftəlik müşahidələri artır gündəlik rejimdə aparmağa başlayıb. Eyni zamanda, ABŞ gücləri Türkiyənin Ceylanpınar sərhəd-keçid məntəqəsinin qarşısında yerləşən Rasul Ayn bölgəsində son 3 gündür müşahidələr aparır. Hələb vilayətinə bağlı Münbiç mahalı 2016-cı ilin avqustundan YPG/PKK terror təşkilatının işgalı altındadır.

İŞİD-lə mübarizə adı altında YPG/PKK terror təşkilatına dəstəyini davam etdirən ABŞ Münbiçin təmizlənməsindən sonra mahala nəzarətin oranın əhalisinə veriləcəyinə söz vermişdi. Lakin, Türkiyənin bütün tələblərinə baxmayaraq, ABŞ terror təşkilatını Münbiçdən çıxarmağa həvəsli görünmür.

Ankara YPG terroristlərinin Münbiçdən çıxarılmasını ABŞ-dan israrla tələb edir. Türkiyə ən yüksək rəhbərlik səviyyəsində bir neçə dəfə Münbiçdə əməliyyatın keçiriləcəyi barədə siqnalı verilib. Münbiç əməliyyatı barədə qətiyyət son olaraq Türkiyənin Milli Təhlükəsizlik Şurasının bəyanatında da ifadə olunub. Prezident Rəcəb Tayyib Ərdoğan Suriyanın Münbiç şəhərinə bir gecə qəfildən girə biləcəyini bəyan edib.

"Əməliyyatın təqvimi və marşrutunu verməklə düşməni oyandırmaq doğru olmazdı. Bu cür planları hərbi rəhbərlik səviyyəsində aramızda müzakirə edirik", - prezident əməliyyatın qaçılmaz olduğu mesajı verib.

Məlumata görə, martın 30-da Vaşinqtona səfər edən Türkiyənin Xarici İşlər Nazirliyi müşaviri Ümid Yalçının gündəmində olan əsas mövzu da məhz YPG-nin Münbiçdən çıxarılması olub. Daha əvvəl isə xarici işlər naziri Mövlud Çavuşoğlu YPG terrorçularının bölgədən çıxarılması ilə bağlı Ankara və Vaşinqtonun "anlayış" içində olduğunu söyləyib.

Qeyd edək ki, daha əvvəl ABŞ-ın "Finansial Tayms" nəşri ABŞ-ın Suriyada sərgilədiyi mövqeyin artıq davam etdirilə bilməyəcəyi barədə xəbərdarlıq edib. Nəşr qeyd edir ki, ABŞ-ın PKK/PYD/YPG terror təşkilatına verdiyi dəstək NATO ölkələri arasında birbaşa hərbi qarşıdurmaya səbəb ola bilər.

"ABŞ-ın bu addımı Türkiyə tərəfindən sərt reaksiya ilə qarşılanır. Ən kiçik bir səhv NATO üzvləri arasında birbaşa döyüşə səbəb ola bilər", - "Financial Times" mümkün müharibəni proqnozlaşdırıb. Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR