Romada daş-qaşlarla dolu məzar tapılıb!

Tarix boyu axtarılan xəzinələr sən demə məzarlarda gizli imiş. Müxtəlif filmlərdə gördüyümüz xəzinə xəritərələri adalardan deyil, məhz Romadan tapıldı. İlk dəfə olaraq 1578-ci ildə ortaya çıxan Roma məzarları tarix həvəskarlarının diqqətini çəkir. Romanın tarixi qədər maraqlı tarix demək olar ki, yoxdur. Burada yerləşən ehramların hər biri geniş və maraqlı tarixi hadisələrdən xəbər verir .

Romada daha bir maraqlı məzar aşkar edilib. Məzardan çıxarılan cəsədlərin üzərindəkilər görənləri təəccübləndirib.

Romada yeraltı məzarları araşdıran tarixçi Paul Koudonaris daha əvvəl bütün Avropanı gəzərək bu barədə məlumat toplamağa çalışıb. Onun sözlərinə görə, bu məzarların "əziz" sahibləri sağlıqlarında necə əziz olublarsa, dəfn ediləndə də elə dəfn ediliblər. Meyitlərin üzərində bahalı paltarlar, taclar, silahlar və hətta pariklər olub. Müxtəlif növ dəyərli daş-qaşlarla bəzədilən cəsədlər sanki gülərək dəfn ediliblər. Meyitlərin üzündə təəccüblü və bir o qədər də müəmmalı gülüş hiss olunur.

Paulun sözlərinə görə onlardan bəziləri ölümdən sonrakı həyata inandırqları üçün, bəziləri də özündən geriyə heç nə saxlamamaq üçün bu cür dəfn olunub. Bu o dövrün inancları ilə bağlı olub. Bənzər hadisə Misir tarixində də qeydə alınıb. Ölənləri bahalı daş-qaş geyim və aksesuarlarla mumyalayıb qərb diyarında yerləşən "ölülər şəhərinə" göndərirdilər. Bu məzarlar və içərisindən çıxanlar insanlar tərəfindən çox böyük maraqla qarşılanır.

Tarixçi Paul Koudonaris bu barədə kitab yazıb. Kitabında yeraltı məzarlardan və onların meydana gəlməsindən geniş şəkildə bəhs edib. Məzarların içərisindəki cəsədlərin kimlərə məxsus olduğu haqqında məlumat verən Paul, eləcə də Avropada bu faktın nə üçün bu qədər uzun zaman davam etdiyini də aydınlaşdırıb. Publika.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR