Putin Krıma gəlməklə provokasiya edir

Ukrayna Prezidenti Pyotr Poroşenko Rusiya Prezidenti Vladimir Putinin Krıma səfərini provokasiya adlandırıb. O, Putinin bu səfərinin təsadüfi olmadığını bildirib: "Rusiya Prezidenti Vladimir Putinin seçkiqabağı işğal edilmiş torpaqlara getməsi, Simferopol və Sevastopolu ziyarət etməsi təhlükəli provokasiyadır. Kiyev Krım ərazisindəki seçkilərin dünya tərəfindən tanınmamasına diqqət yetirəcək".

Qeyd edək ki, bundan öncə Kreml Vladimir Putinin martın 14-də Krıma səfər edəcəyi ilə bağlı məlumat yaymışdı. Axar.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR