Şifrəli danışıqlar ələ keçdi: Afrin boşalır, PKK təslim olur

TSQ və ASO-nun ötən gündən etibarən mühasirəyə aldığı Afrində mülki vətəndaşların təhlükəsizliyini təmin etmək üçün humanitar koridor yaradılıb. TSQ yaradılan koridor vasitəsilə dinc əhalinin cəbhə bölgəsindən rejim nəzarətində olan ərazilərə keçməsinə şərait yaradıb.

TSQ və ASO-nun yaratdığı koridor barədə informasiya Afrin əhalisinə mobil telefonlara göndərilən mesajlar vasitəsilə çatdırılıb. Mesajlar kürd və ərəb dilində yazılıb. TSQ şəhəri tərk etmək istəyənlərə elan vərəqələri də paylayıb. "Şəhəri tərk etdikdən sonra təhlükəsizliyinizi TSQ və ASO təmin edəcək", - mesajlarda yazılıb.Türkiyənin təhlükəsizlik qurumları həmçinin PKK-nın Afrində əl atdığı təxribatların qarşısının alınacağını və terrorçuların küncə sıxışdırıldığını bildirib. Belə ki, Afrinin mərkəzində səngər, sığınacaq və s. hazırlanması işlərini sürətlənirən PKK əhaliyə onları ASO və TSQ-dan qoruyacağını çatdırıb. Şifrəli rabitə kanalları rahatlıqla aşkar edilən PKK-nın xüsusən Qəndil qrupu sıralarında böyük qorxu olduğu müşahidə edilib. Buna görə də PKK-YPG terrorçuları arasında əməliyyatın qarşıdakı mərhələsində kütləvi şəkildə təslim olma prosesinin başlayacağı ehtimal edilir. Axar.az 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR