Rusiyada İŞİD-in 60 tərəfdarı saxlanıldı

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) bu ölkədən İŞİD tərəfdarlarının Suriyaya və İraqa göndərilməsinin qarşısını alıb. FTX-ninDaxili İşlər Nazirliyi ilə birlikdə keçirilən əməliyyat nəticəsində Moskva şəhəri və Moskva vilayəti ərazisində etnik cinayətkar qrupun qeyri-qanuni fəaliyyətinə son qoyulub. Qrup döyüşlərdə iştirak üçün Suriyaya və İraqa İŞİD tərəfdarlarının qeyri-leqal göndərilməsini təmin edirmiş.

Ümumilikdə 60 əcnəbi saxlanılıb. Bununla yanaşı, gizli laboratoriya aşkar edilib.

Operativ axtarış və istintaq tədbirləri davam etdirilir. Publika.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR