Putinin daha bir rəqibi öldü - Londonda

Rusiya prezidenti Vladimir Putinə müxalif mövqedə olan siyasi xadim Nikolay Qluşkovun Londonda yaşadığı evdə meyiti aşkar edilib.

Qluşkov Putinə müxalif möveqdə olan, oliqarx Boris Berzovskinin silahdaşlarından biri idi. 68 yaşlı siyasətçinin meyiti ailə tərəfindən mənzilində aşkar edilib.

Nikolay Qluşkov "Aeroflot"un keçmiş baş direktoru vəzifəsində çalışıb. O, Berzovski ilə qanunsuz maliyyə sövdələşməsində ittiham olunaraq həbs edilib. Azadlığa çıxandan sonra İngiltərəyə köçüb. N.Qluşkov Berzovskinin işgəncə ilə öldürüldüyünü iddia edib və buna görə Rusiya hakimiyyətini günahlandırıb.

Qeyd edək ki, bir müddət öncə İngiltərədə sabiq rus kəşfiyyatçısı Sergey Skripal və qızı Yuliya zəhərlənərək dünyasını dəyişiblər. Rəsmi London onların ölümünə görə Rusiyanı ittiham edib. (teleqraf.com)

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR