ŞOK: 16 min il yaşı olan insan kəlləsi tapılıb

Çinin cənubundakı Quansi Cuan Muxtar Rayonu ərazisində 16 min yaşı olduğu güman edilən insan kəlləsi tapılıb. Çin mətbuatının yazdığına görə, kəllə sümüyü Lunan şəhərindən 13 kilometr məsafədə yerləşən dağdakı mağarada tapılıb. Mağara 2014-cü ildə aşkar edilib, bir il sonra isə arxeoloji qazıntılara başlanılıb.

Tarixçi-arxeoloq Yü Minhuy bildirib ki, bu, Çinin cənub hissəsində tapılan və qədim dövrə aid ilk bütöv insan kəlləsidir. Ərazidə bundan başqa, 10 mindən çox daş alət tapılıb. Sia.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR