Tramp Tillersonu dövlət katibi vəzifəsindən uzaqlaşdırmasının səbəbini açıqlayıb

"Reks Tillersonla İran məsələsində razılığa gələ bilmədik". Məlumata görə, bu sözləri ABŞ prezidenti Donald Tramp dövlət katibi Reks Tillersonun vəzifədən uzaqlaşdırılmasına dair qərarından sonra ilk açıqlamasında deyib. O bu qərarı təkbaşına verdiyi bildirib: "Tillersonla fikirlərimiz eyni deyildi. Uzun müddətdir, bu barədə düşünürdük. Pompeo ilə fikirlərimiz isə eynidir və ona tam güvənirəm". Apa.az  NTV-yə istinadən xəbər verir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR