Bazar günü işləmək qadağan edildi: Əhali narazıdır

Polşada bazar günləri işləməyin qadağan edilməsi ölkə əhalisini iki qrupa bölüb. Ölkədə bazar günü işləməyi qəti şəkildə qadağan edən qanun layihəsi mərhələli şəkildə icra ediləcək və bu proses 2020-ci ildə yekunlaşacaq. Hazırda 1 ayda 2 bazar günü işləmək qadağandır, 2019-cu ildə bu rəqəm 3 bazar günü olacaq, 2020-ci ildə isə həftənin sonuncu günü tamamilə qeyri-iş günü elan ediləcək.

Liberal ticarət qaydalarını tətbiq edən Polşada əhalinin bir hissəsi bu qanunu dəstəkləyir, lakin bəzi vətəndaşlar çətin vəziyyətdə qala biləcəklərini dilə gətirir. 26 yaşlı Daniel Viçex "Mətbəximdə bir şey qırılsa, su, banan almaq istəsəm, nə edəcəyəm?" deyərək qanun layihəsini dəstəkləmədiyini bildirir.

76 yaşlı Barbara Olşevzka isə bazar günləri bütün ailənin bir yerdə olmasının vacibliyini dilə gətirərək qərara müsbət yanaşdığını deyir. Qaynarinfo xarici mediaya istinadən xəbər verir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR