NATO-dan Ankaraya S-400-lə bağlı gözlənilməyən jest

Rusiyadan S-400 komplekslərini almaq Türkiyənin suveren hüququdur. Bunu "Anadolu" agentliyinə açıqlamasında NATO Baş katibi Yens Stoltenberq söyləyib.  "NATO müttəfiqləri hansı silaha yatırım etməklə bağlı özləri qərar verirlər. NATO üçün vacib olan fərqli döyüş sistemlərinin qarşılıqlı fəaliyyət imkanlarıdır. S-400-ün NATO-ya inteqrasiyası haqqında sorğu hələlik təşkilata göndərilməyib. Bu sistemin inteqrasiyası elə də asan iş deyil.

Biz Türkiyənin təhlükəsizliyinin təminatında aktiv iştirak edirik. NATO Türkiyəyə AWACS radiolokasiya sistemləri ilə təchiz olunan təyyarələr göndərib. Həmçinin burada "Patriot" və SAMP-T zenit raket komplekslərinin sayını artırmışıq. Türkiyənin öz təhlükəsizliyi sahəsində qayğılarını NATO-da hər kəs anlayır", - deyə o bildirib. Axar.az 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR