Bizi alçaldırlar: ya bu əraziləri verməliyik, ya da...

ABŞ bizə qarşı savaş hazırlayır. Bunu Rusiya prezidentliyinə namizəd, Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski söyləyib. "Bizi hər yerdə alçaldırlar. Xalq olaraq alçaldırlar. Əsas istiqamət qərb sərhədlərimizdir. Müharibə hazırlanır. Bu müharibəyə görə Ukraynanı bizdən ayırdılar. Ukrayna heç kimə gərək deyil. Bu bizim qərb sərhədimizə yaxınlaşmaq üçün idi. Yaxın Şərqdə islam döyüşçüləri hazırlanmalıdır. Bu döyüşçülər olduqları yerdən Avropanı, Qafqazı və Mərkəzi Asiyanı həyacanlandıra bilərlər. Əsas iki cəbhə var. Bu, cənub və qərb cəbhələridir. Ən təhlükəli istiqamət məhz qərbdir. Yaxın günlərdə onlar mütləq provokasiyalar təşkil edəcəklər. Müharibəni biz yox, Qərb hazırlayır. Yalnız Amerikaya gərgin vəziyyət, müharibəyə hazırlıq və hətta lokal müharibə lazımdır ki, pul qazana bilsin. Eyni şey Birinci və İkinci Dünya müharibələrində də olub və yenidən təkrarlanır. Dollar sistemi çökür və onlara bunun çöküşünün qarşısını almaq lazımdır. Situasiya pisləşəcək və heç vaxt güzəştə getməyəcəklər. Bütün sanksiyalar, qadağalar bizi ya Donbasın müdafiəsinə qalxmağa məcbur etmək, ya da təslim olub Kursk, Bryansk və Belqorodu verməyə məcbur etməkdir. Biz bunu etməyəcəyik, ona görə də konflikt qaçılmazdır. Biz buna hazır olmalıyıq və bilməliyik ki, müharibə qərbdə başlayacaq", - deyə o bildirib. Axar.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR